ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində monitorinq keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, monitorinq Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində baş tutub. İki saata yaxın keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT nümayəndələri ilk öncə Füzuli rayon İcra Hakimiyyətində olublar. Burada rəsmilərə bildirilib ki, Ermənistan ordusu cəbhə xəttində tez-tez atəşkəsi pozaraq insanların həyat şəraitini çətinləşdirir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirib. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeniy Şarov və Xristo Xristov keçirib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB