Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər Gənclər Birliyi Gənclər günü münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, Sumqayıt YAP gəncləri ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Sumqayıt şəhər Tarix muzeyinin akt zalında Gənclər günü" ilə əlaqədar tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov, partiyanın Sumqayıt Şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərov, YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov , Sumqayıt şəhərinin bir sıra idarə və müəssisələrində çalışan və Yeni Azərbaycan Partiyasının işində fəallıq göstərən gənclər iştirak ediblər.
YAP Sumqayıt şəhər GB-nın sədri Elmar Məmmədov tədbiri açaraq bildirib ki, Azərbaycanda çoxlu sayda istedadlı gənc yetişir və hər bir gəncin uğuru, parlaq gələcək üçün bünövrədir: "Gənclər siyasətin təməlini Ulu Öndər Heydər Əliyev qoyub. Son 20 il ərzində Azərbaycanda gənclər siyasəti çox uğurla həyata keçirilir. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişir, ölkəmizin həyatında mühüm rol oynayır və aparıcı qüvvəyə çevriliblər. Ölkə başçısı İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir".
Sonda Sumqayıt YAP Sumqayıt şəhər Gənclər Birliyinin fəaliyyəti haqda tədbir iştirakçılarına qısa məlumat verilib.
Qeyd edək ki, tədbirin sonunda YAP Sumqayıt şəhər təşkilatının aktiv gəncləri fəxri fərmanlarla təltif edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB