Müxalifət aksiyaları əcnəbi reseptlərin icrasıdır

Müxalifət aksiyaları əcnəbi reseptlərin icrasıdır

Yanvarın 26-sı müxalifət tərəfindən keçirilən aksiyaya heç bir əsas yox idi. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İsa Qəmbərin Lənkərana baş tutmayan səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, müxalifət tərəfindən İsmayıllıda baş verən hadisəni üsyan kimi qələmə verməyə çalışsalar da əslində bu məişət zəminin də baş verən xuliqanlıq, ictimai asayişin pozulmasıdır: "Politologiyaya görə, üsyan üçün 25 fakt eyni anda pozulmalıdır. Burda cəmi 3 faktdan söhbət gedir. Hər üç fakt hüquqi müstəvidədir. Bunlar ictimai asayişin pozulması, xuliqanlıq və təhqirdir. Bu məsələlərin hər biri cinayət məcəlləsi ilə tənzimlənir. Bununla bağlı əhali maarifləndirilməlidir. Çünki xalq bilməlidir ki, üsyan nədir? Xalq üsyanı nə deməkdir? Bunların fərqi nədir?Bakıda keçirilən aksiyada səsləndirilən şüarların isə heç bir əsası yoxdur. Dünyanın hər yerində qeyri-qanuni keçirilən aksiyaları, ictimai təhlükəsizliyi pozanları bu vasitələrlə dağıdırlar. Bu tip aksiyaların keçirilməsində məqsəd bir növ xaricdən verilən siyasi reseptlərin icrasıdır. Çox təəssüf ki, xarici qüvvələr də Azərbaycandakı durumu yaxşı bilmirlər. Çünki Azərbaycanı sevməyən Leyla Yunusların verdiyi informasiya əsasında guya fırtına yaradırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə