"İsmayıllı hadisələri lokal şəkildə araşdırılmalıdır" MÖVQE

"İsmayıllı hadisələri lokal şəkildə araşdırılmalıdır" MÖVQE

Azərbaycanda bəzi siyasi dairələr öz çirkin əməllərini həyata keçirmək üçün İsmayıllı rayonunda baş verən hadisələrdə istifadə etmək niyyətindədir. Bunu SİA-ya açıqlamsında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, belə hadisələri siyasiləşdirənlərə meydan açmaq olmaz: "Məlum hadisələrdən sonra sosial şəbəkələri izləyərkən Rəsul Quliyevin fikirləri ilə tanış oldum. O, açıq şəkildə yazır ki, belə hərəkətləri davamlı şəkildə etmək lazımdır. Təəssüflər olsun ki, onun kimi "siyasətçilər" bu kimi məsələlərdə şəxsi maraqlarını həyata keçirməyə çalışırlar. Hesab edirəm ki, bu hadisələr siyasiləşdirilməməlidir. Təqsirkarlar mütləq şəkildə cəzalandırılmalıdır. Bu hadisələr isə lokal şəkildə araşdırılmalıdır. Bundan başqa çox maraqlı stiuasiya yaranıb. Bəzi maraqlı dairələr hətta işıqforun vurulmasından belə siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Bu həmin insanların cılızlığını göstərir. Hesab edirəm ki, Azərbaycan xalqı hər bir hadisədən agahdır. Ona görə də belə məsələlərdə öz iradəsini ortaya qoyacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə