Vitse-spiker: “AŞPA-da dəyərlər qalib gəldi” MÜNASİBƏT

Vitse-spiker: “AŞPA-da dəyərlər qalib gəldi” MÜNASİBƏT

"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda siyasi məhbuslarla bağlı Kristof Ştrasserin məruzəsinin qəbul olunmaması Avropa şurası tarixində əhəmiyyətli hadisə kimi yadda qalacaq". Bunu SİA-ya Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Milli Məclisin vitse-spikerinin sözlərinə görə, bu faktın özü bilavasitə göstərdi ki, AŞPA tərkibində bu kimi məsələləri öz siyasi məqsədləri üçün istifadə edənlərə lazımi cavabını verib: "Bir sözlə, AŞPA-da dəyərlər qalib gəldi. Beləcə, K.Ştrasser özü də daxil olmaqla onun mövqeyini dəstəkləyənlər azlıqda qaldılar. Bütün bunlara rəğmən hər kəs həqiqətin və ədalətin harada olduğunu çox gözəl dərk edir. Bu, K.Ştrasserin həm özünə, həm onu dəstəkləyənlərə, həm də Azərbaycanı ancaq qara rəngdə təqdim etmək istəyən dairələrə növbəti bir mesaj idi ki, həmin insanlar bundan sonra ölkəmizə qarşı bu kimi alətlərdən istifadə edərkən düşünsünlər".

B.Muradova müxalifətin K.Ştrasserin məğlubiyyətini qələbə kimi qələmə verməsinə də aydınlıq gətirib: "Biz neçə illərdir ki, müxalifət dairələrindən yalnız bu kimi sözləri eşidirik. Müxalifət guya iddia edir ki, Ştrasserin layihəsinin AŞPA-da qəbul olunmaması, Azərbyacanın sərvətləri hesabına reallaşıb. Çox təəssüflər olsun ki, bəzi soydaşlarımız bütün məqamlarda bunu ortalığa atırlar. Azərbaycanın sərvəti və bu sərvətlərdən qanuni yollarla istifadə bəzi dairələrin həmişə narahatlığına səbəb olub".

Bütün xəbərlər Facebook səhifəmizdə