Bu günlərdə redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda Müsavat başqanının 1992-1993-cü illərdə Ali Sovetdə işlədiyi, "bıçağının dalı da kəsdiyi" vaxtİarda qanunsuz tələbə qəbulu ilə məşğul olması barədə qeydlər yer alıb. Bəziləri soruşa bilər ki, bu, yəqin, kiminsə sifarişidir, yaxud İsa Qəmbər hara, tələbə qəbul etdirmək hara. Amma sən saydığını say, gör şikayətçilər nə sayır.
Biz burda tərəfsizik, kiminsə sifarişini yerinə yetirmirik. Şikayətçilər bilər, İsa Qəmbər bilər. Əgər faktı sübut etmək üçün əllərində yetərli, daşdan keçən faktlar varsa, onda məhkəmə bilər, İsa Qəmbər bilər. Amma biz məlumatı dərc etməkdə müstəqilik. Babalı şikayətçilərin boynuna.
Beləliklə, 1968-ci il təvəllüdlü Cəlilabad Rayon sakini Səlimov Fuad, Qaradağ rayon sakini 1970-ci il təvəllüdlü Əmrahov Tofiq, Yardımlı rayon sakini Salayev Əziz Gülağa oğlu, Şabran sakini Quliyev Tofiq Cəlal oğlu redaksiyamıza müraciət edərək 1992-1993-cü illərdə Bakı Dövlət Universitetinə qəbul olduqlarını, lakin bir müddət sonra universitetdən qovulduqlarını bildiriblər.
Adıçəkilən şəxslər iddia edirlər ki, onlar həmin vaxt İsa Qəmbərə 15-20 min pul verərək BDU-ya qəbul olublar. Salayev Əziz deyir ki, həmin vaxt ölkədə komendant saatı olduğundan pulu çatdıra bilmirdik. İ.Qəmbər isə öz adamları ilə atama xəbər göndərirdi ki, pulu tez aparaq. Şıxovdan piyada, əlimizdə də pul çantası Bibiheybət tərəfdən gizli yolla Milli Məclisin qabağına getdik. İ.Qəmbərin adamı aşağı düşdü, biz də pulu ona verdik. Lakin cəmi 2 ay ali məktəbdə oxudum, sonra dedilər ki, qovulmusan, heç bir səbəb göstərilmədən. Bizdən aldığı pulları qaytarsın. Tələbimiz budur"
Əmrahov Tofiq İ.Qəmbərlə öz atası vasitəsilə tanış olduğunu və 15 min pulu şəxsən öz əlləri ilə ona verdiyini deyir: "Ali məktəbdə tarix fakultəsində 1 kurs oxudum, sonra məni məcbur etdilər ki, Müsavata qoşulum, mən də qoşulmadım. Nəticədə mənə təzyiq etdilər və 1993-cü ilin əvvəllərində BDU-dan qovuldum. Bütün pullarım da batdı. Sonradan neçə ay çalışdıq ki, İ.Qəmbərlə əlaqə yaradaq, alınmadı. Əksinə, səsimizi çıxartsaq məni öldürəcəkləri ilə hədələdilər. Verdiyim pulun müqabilində mənə söz vermişdi ki, imtahanları da o həll edəcək. Ancaq əvəzində biz qovulduq".
Hazırda əllərində elə də tutarlı, ciddi faktın olmadığını deyən bu şəxslər bildirirlər ki, 1994-cü ildə BDU-da öz sənədlərini axtarıblar. Lakin ordan deyiblər ki, sənədləri yoxdur, cırılıb atılıb. Aydındır ki, sifariş olmasaydı sənədlər cırılmazdı.
Mövzunu diqqətdə saxlayacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB