Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda siyasi məhbuslarla bağlı məruzənin qəbul olunmaması Kristofer Ştrasserin bütün planlarını alt-üst etdi. Maraqlıdır, görəsən, bu insan indi AŞPA-da təmsil olunan həmkarlarının verdiyi qərarlaradamı şübhə ilə yanaşacaq? Ən azından son nəticələr ortadadır. Bunu SİA-ya millət vəkili Jalə Əliyeva ötən gün AŞPA-da cətəyan edən hadisələrə münasibət bildirərkən belə deyib.
Millət vəkilinin sözlərinə görə, AŞPA-dakı səsvermə prosesi də onu göstərdi ki, K.Ştrasserin ölkəmizlə, eləcə də Azərbaycandakı siyasi məhbuslarla bağlı fikirləri heç bir zaman həqiqəti əks etdirməyib: "Əgər belə olmasaydı assembleyada təmsil olunan 125 deputat qətnamə layihəsinin əleyhinə, 79 nəfər isə lehinə səs verməzdi. Hətta bu insanın özü belə məğlubiyyətini etiraf edib. Təbii ki, heç bir sosial hüquqi, əsas olmayan iddialar hər zaman puça uğrayacaq. Sadəcə olaraq K.Ştrasserin bütün arzu və istəkləri suya düşərək batıb".
J.Əliyeva bu il Bakıda keçiriləcək Davos İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyətindən də danışıb: "Azərbaycan bu günə kimi bütün beynəlxalq layihələrdə ölkəmizin haqlı mövqeyini və dönməz iradəsini ortaya qoyub: "İnanırıq ki, cənab prezident İlham Əliyevin də iştirak etdiyi "Davos" forumu dünyaya Azərbaycanın haqq səsini çatdıracaq. Xüsusilə də Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsində bu kimi danışıqlar müstəsna rola malik olacaq. Dövlət başçısı bölgədə ikinci bir Ermənistan dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB