Azərbaycan 2013-cü ildə böyük risklər qarşısındadır. SİA-nın verdiyi xəbərə görə bunu millət vəkili Rasim Musabbəyov bu gün keçirilən dəyirmi masada səsləndirib.
Onun sözlərinə görə, dünyadakı mövcud siyasi vəziyyət çox gərgindir və regiona təsirsiz ötüşmür: "Bu il Azərbaycan üçün xüsusi ilə ağır olacaq. Çünki Azərbaycana qarşı risklər getdikcə artmaqdadır. Azərbaycana qarşı risklərin ən böyüyü İranla bağlıdır. İranda Azərbaycanın maraqları çərçivəsində cərəyan edən hadisələr baş verməsə, bu risklər daha da artacaq. İsraildə yenidən Netenyahunun seçilməsi bu riskləri artırır. Çünki Netenyahu hökuməti İrana qarşı hərbi əməliyyatlar keçirilməsinin tərəfdarıdır. ABŞ-da isə Pentaqona İrana qarşı hərbi müdaxilənin tərəfdarı olmayan şəxsin gətirməsi bu riskləri bir qədər azaldır. Ancaq bu o demək deyil ki, təhlükə tam sovuşub".
Politoloq Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövqeyinə də toxunub. R.Musabəyov: "ABŞ-da ermənipərəst bəzi qüvvələrin hakimiyyətdə təmsil olunması onu göstərir ki, ermənilərin ağıllandırılması üçün təzyiq etməyəcəklər. Buna görə də bu məsələdə ABŞ-dan gözləntilərimiz azalır. Fransada hakimiyyət başında olan Fransua Olland çox zəif prezidentdir. Həmçinin o daha çox diqqəti Afrika qitəsinə ayırıb. Münaqişənin həllini hərbi müstəviyə keçirmək o qədərdə əlverişli deyil. Çünki Rusiyanın da mövqeyi məlumdur. Bundan əlavə Rusiya Qafqazada mövqelərini gücləndirməyə çalışır. Həmçinin Azərbaycana qarşı təzyiqlərini gücləndirir. Buna görə də Rusiya ilə münasibətlərdə risklər artır. Ona görə də Rusiya ilə münasibətlərin yeni formatını axtarmalıyıq. Rusiya ilə münasibətlərimizi korlamaq istiqamətində münasibətlər qura bilmərik. Qonşu Gürcüstandakı dəyişikliklərdə müəyyən problemlər yarada bilər. Ancaq Gürcüstanın müstəqiliyi üçün Azərbaycanın əhəmiyyətini hamı dərk edib. Qısa bir zamanda İvanaşvilidə bunları dərk edəcək. Bunula belə Azərbaycan bu risklərdən sığortalanmaq üçün beynəlxalq təşkilatlar, BMT, İKT və AB-i çərçivəsində əməkdaşlığını daha da gücləndirməlidir. Həmçinin xarici qüvvələr tərəfindən hazırlanmış provakasiyalara getməkdən çəkinməlidir", - deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB