Avropanın iqtisadi tənəzzüldən sonra digər ölkələrə qarşı müstəmləkəçilik siyasəti aparması, müxtəlif ölkələr tərəfindən də həyata keçirilib. Bunu SİA-ya millət vəkili Zahid Oruc Avropa dövlətlərinin digər ölkələrə qarşı apardığı müstəmləkəçilik siyasətinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, hətta XX əsrin görkəmli siyasi xadimi Uinston Çörçil də bunun uğrunda ciddi savaş aparıb: "Bununla belə Fransa dövləti də zamanında Əlcəzairi və digər dövlətləri öz çevrəsində idarə etməkdə idi. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, indiki reallıqda bu siyasət yəni Avropanın digər ölkələrin iqtisadi-siyasi imkanları üzərində qərar verməsi, birmənalı qarşılanmadığından tamam fərqli üsullara əl atılır. Afrika qitəsində baş verən inqilabi hadisələr fonunda elə siyasi rejim tətbiq edilir ki, bu vasitə ilə həmin ölkələrin siyasətində Avropanın mövqeyi, dəsti-xətti, üslubu və maraqları təmsil olunur. Demək olar ki, bu XXI əsr gerçəklikləridir və xeyli dərəcədə yeni hadisədir. Ancaq bunu təmin etmək, ilk dövrdə elə də asan deyil. Mütləq şəkildə gərək həmin əraziyə hərbi qüvvələr göndərilsin və oradakı situasiya nəzarət altına alınsın. Sonrakı dönəmdə isə artıq iqtisadi sərvətlər üzərində hər hansı bir müvəffəqiyyətə nail olmaq olar".
Bu gün nəyə görə Liviyadakı hadisələr gündəmə gətirilmir? Axı hələ də Liviyada istiqlal və sülh bərqərar olunmayıb? Baxmayaraq ki, bir ölkənin digər bir hissəsində neft gizli yollarla Avropa ölkələrinə daşınır: "Müəmmar Qəddafinin diktatura rejiminə son qoymaq nə qədər vacib idisə, Liviya xalqını firəvanlığa və əminamanlığa sövq etmək də Avropa üçün bir o qədər önəmli olmalıdır. Çünki bu ölkələrin təhlükəsizliyi başqa qitələrdəki stabillikdən asılıdırsa, onlar bunu həyata keçirməli idilər. Faktiki olaraq ya İraqda, ya da Liviyada və digər ölkələrdə qırğın, insan itkiləri davam etməkdədir. Ona görə də hesab edirəm ki, Yaxın Şərq ölkələri də bu prosesə cəlb edilsə, xəritə demək olar ki, tamamlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB