Prezident İlham Əliyev İsveçrəyə getdi

Prezident İlham Əliyev İsveçrəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün bu gün İsveçrə Konfederasiyasına işgüzar səfərə yola düşüb.

SİA-nın məlumatına görə, dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə