Novruz Məmmədov:"Serj Sarkisyan öz mənafeyi üçün xalqını qurban verməyə hazırdır”

Novruz Məmmədov:"Serj Sarkisyan öz mənafeyi üçün xalqını qurban verməyə hazırdır”

"Ermənistan Prezidenti Serj Sarkisyanın bəyanatı seçkiqabağı öz xeyrinə səs yığmağa yönəlmiş bir kampaniyadır. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti xalqından öz marağı üçün istifadə edir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, beynəlxalqXarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Sarkisyanın Yerevanda Azərbaycanın ünvanına sasləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"Ermənistan iqtidarı Dağlıq Qarabağ münaqişəsindən öz hakimiyyətinin ömrünü uzatmaq üçün istifadə edir və münaqişənin həlinin yubadılmasını daim Azərbaycanın üstünə atır. Lakin beynəlxalq ictimaiyyət və bəzi erməni dairələri də başa düşür ki, problemin həll olunmamasının bütün günahı Ermənistan hakimiyyətindədir. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına çalışır və bunu beynəlxalq birliyə nümayiş etdirir" .

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə