“Leyla Yunus Rusiya və Qərbin çaldığı havaya oynayan “kukla”dır”
Leyla Yunus hər kəsə məlum olduğu kimi Azərbaycan əleyhinə işləyən qüvvələrlə əlbir olan şəxsdir. Onun qohumlarının erməni olması bu addımları atamsında heç bir şübhə yeri qoymur. Bunu SİA-ya açıqlamsaında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, Leyla Yunusun qohumları "Erməni Ümummili Hərəkatı"nın fəallarından biri olub: "Belə olduqda onun Azərbaycan xalqının və dövlətçiliyinin xeyrinə işlər gördüyünü düşünmək absurddur. Belə insanlar xaricdən aldıqları qrandları ört basdır etmək üçün müxtəlif variantlara əl atırlar. Bu da həmin variantlardan biridir. Rusiya və Qərb ölkələri nəyin bahasına olursa-olsun Azərbaycanda hakimiyyətin dəyişdirliməsini arzulayırlar. Çünki bu hakimiyyətin yeritdiyi siyasət onlar üçün sərfəli deyil. Onlara diplomatikada səriştəsiz, dünya siyasətindən və iqtisadiyyatdan baş çıxara bilməyən "kukla" lazımdır. Azərbaycanı belə sürətlə irəli aparan qabaqcıl prezident Qərbə və Rusiyaya sərf eləmir. Onun üçün də maraqlı qüvvələr növbəti seçkilərdə nəyəsə nail olmaq niyyətindədir. Leyla Yunus da həmin qüvvələrin istifadə etdiyi rıçaqlardan biridir. Bir sözlə Leyla Yunus onların çaldığı havaya oynayan "kukla"dır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB