Bəzi qeyri-hökumət təşkilatlarının hesabatlarında deyildiyi kimi, bölgədə müharibə gözləmirəm. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bölgədəki vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, müharibə yalnız tərəflərdən birinin düşünülmüş şəkildə addım atmasından sonra başlaya bilər: "Tərəflərin buna maraqlı olmadığı aydın görünür. Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın yaradılmas və iki xalqın sülh şəraitində yaşaması daha məqsədəuyğundur".
Keçmiş səfir Qəbələ RLS-in bağlanmasına da münasibət bildirib: "Azərbaycan və Rusiya arasında Qəbələ RLS-lə bağlı çox ciddi və konkret danışıqlar aparılıb. Nəticə olaraq Azərbaycan RLS-dən istifadənin qiymətini müəyyənləşdirdi. Ancaq Rusiya bununla razılaşmadı. Hesab edirəm ki, hər bir ölkə ərazisində hansı bazaların və hərbçilərin yerləşə biləcəyinə özü qərar versə daha yaxşı olar. Azərbaycan isə özü qərar qəbul edib. Ən yaxşısı da bu idi".
2013-cü ildə Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərində münasibət bildirən diplomat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində seçkilər səbəbiylə itirilmiş illər çox olub: "Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərinin nəticələrini indidən demək çətindir. Bu, demokratik bir prosesdir və ölkə vətəndaşları öz namizədlərinə səs verəcəklər. Hər iki ölkənin prezidentləri ABŞ-da olduğu kimi yenidən seçiləcəklər. Əgər bu baş versə, regiondakı situasiya üçün böyük əhəmiyyət kəsb etməyəcək. Düşünmürəm ki, ABŞ prezidenti Obama Rusiya prezidenti Putinin oynadığı rolu oynaya biləcək. Bu real deyil. Ancaq ABŞ prezidenti və dövlət katibi Azərbaycan və Ermənistanın dövlət başçıları arasında etimadı möhkəmləndirə bilərlər. Bu olmadan həmsədrlər öz işlərini sonadək apara bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB