"Təəssüf ki, Azərbaycanda Leyla Yunus kimi insanlar da var" MÖVQE

Umud Rəhimoğlu: “Həmin insanlar zaman-zaman ölkəmizə qarşı qarayaxma kompaniyası aparıblar”
"Təəssüf ki, Azərbaycanda Leyla Yunus kimi insanlar da var" MÖVQE

Çox təəssüflər olsun ki, Leyla Yunus və onun xarakterində, düşüncəsində olan insanlar hələ də Azərbaycanda var. Həmin insanlar zaman-zaman ölkəmizə qarşı qarayaxma kompaniyası aparıblar və Azərbaycanın inkişafını, real həqiqətlərini qara şəkildə qələmə veriblər. Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Leyla Yunusun növbəti dəfə ölkəmizlə bağlı qərəzli mövqeyinə münasibət bildirərkən deyib.

Sədr müavinin sözlərinə görə, bu insanlar hər zaman dövlətimizi başqa bir dövlətlərin yanında mənfi cəhətdən tanıtdırmağa çalışıblar: "Təbii ki, bu şəxslərin də burada müəyyən məqsədləri vardır. Görünür, L.Yunus kimi insanlar öz həyat şəraitlərini yaxşılaşdırmaq, şəxsi mənafelərini güdmək üşün ən optimal variant kimi bu yolu seçiblər. Azərbaycan müstəqil bir ölkədir və hər bir dövlətdə olduğu kimi ölkəmizdə də müəyyən mənada problemlər mövcuddur. Ölkə rəhbərliyi də dəfələrlə öz çıxışlarında bunu açıq-aydın bəyan edib. Amma bizim hər birimiz birlik nümyiş etdirərək bu problemlərə çözüm yolunu axtarıb tapmalıyıq. Hər şey birdən-birə həll olunmur. Danılmaz faktdır ki, Azərbaycanda insanların rifah halı yüksək səviyyədədir. Ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf edib, eləcə də mətbuatımız kifayət qədər təşəkkül tapıb. Lakin bu inkişaf, dinamika bizim düşmənlərimiz tərəfindən həzz olunmur. Mən qəti şəkildə L.Yunus bütün addımlarını pisləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə