20 Yanvar hadisəsi nökərlərin əli ilə reallaşdırıldı

20 Yanvar hadisəsi nökərlərin əli ilə reallaşdırıldı

"20 Yanvar hadisəsi Sovet imperiyasının bir xilas variantı idi. Hesab edirəm ki, bu variant da bütövlükdə Moskva şəhərində məhz nökərlərin əli ilə reallaşdırıldı". Bunu SİA-ya Azərbaycan Mətbuat şurasının sədr müavini Umud Rəhimoğlu Qanlı 20 Yanvar faciəsi ilə bağlı gizli qalan məqamlara aydınlıq gətirərkən söyləyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda olan Şəhidlər Xiyabanı tərcümeyi-halımıza əyani sübutdur: "Bu xiyaban 1990-cı il məlum hadisədən sonra salınıb. Qeyd edim ki, adıçəkilən xiyabannda vaxtilə bizim istiqlal şəhidlərimiz dəfn olunub. Bununla belə Bakıda Daşnaklar tərəfindən qətlə yetirilən minlərlə insan xüsusilə də türk əsgərlərimiz bu məzarlıqda uyuyur. 1930-cu illərdə bu faciəni bizlərə unutdurmaq üçün Sovet imperiyası bilərəkdən həmin ərazidə istirahət parkı saldı. Əsas məqsəd isə bu hadisələri bizlərə unutdurmaq idi. Amma buna baxmayaraq zaman ötdü və Azərbaycanın baş Xiyabanı olan Şəhidlər Xiyabanında tək 20 Yanvar faciəsinin qurbanları deyil, eyni zamanda Qarabağ şəhidlərinin məzarları salındı".

U.Rəhimoğlu hesab edir ki, bu gün Azərbaycan dövləti tərəfindən Şəhidlər Xiyabanına böyük önəmin verilməsi, eləcə də həmin ərazinin abadlaşdırılması gənc nəslin buranı mütəmadi olaraq ziyarət etməsinə gətirib çıxaracaq: "Hesab edirəm ki, bunun çox böyük tərbiyəvi əhəmiyyəti vardır".

Bütün xəbərlər Facebook səhifəmizdə