Bir qrup Müsavat partiyası üzvünün AXCP-na keçməsinin ölkə üçün heç bir əhəmiyyəti yoxdur. Bunu SİA-ya açıqlamsında millət vəkili Aydın Mirzəzadə Müsavat Partiyasının Ağcəbədi rayon təşkilatının 30 üzvünün AXCP-na keçməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əgər Azərbaycanın hər hansı bir bölgəsində müəyyən qədər müxalifətçi varsa və onlar vaxtaşırı partiyalarını dəyişirlərsə, onların ümumi say tərkibi dəyişmir. Yəni toplananların yerini dəyişəndə cəm dəyişmir: "Buna baxmayaraq bölgələrdən parlamentdə, ictimai fikirdə təmsil edən görkəmli ziyalılarımız var. Onların fikri və tutduğu mövqe daha əhəmiyyətli sayılır. Hansısa bir rayonda bir partiya üzvünün digər partiyaya keçməsi onların partiya mənsubiyyətinin bir o qədər də əhəmiyyətli olmadığını göstərir. Bundan başqa bu onların cəmiyyətə deyil bir birlərinin sosial bazasına göz dikdiklərinin bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB