Gürcüstan Xarici İşlər Nazirliyi qalqamallı çıxışa aydınlıq gətirib. SİA-nın "Novosti Qruziya" saytına istinadən verdiyi məlumata görə, qurum nazir Maya Pandcikidzenin Litvada çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı verdiyi bəyanatına münasibət bildirib.
Bəyanatda qeyd olunur ki, Maya Pandcikidze yanvarın 10-da Litvaya rəsmi səfəri zamanı Litva parlamenti yanında Avropa klubunda "Gürcüstanın seçkilərdən sonra xarici siyasəti" mövzusunda çıxış edib: "Təəssüflər olsun ki, bəzi KİV-lər nazirin çıxışdan sonrakı müzakirələrini interpretasiya etdilər. Həmin görüşün videosu mövcuddur. Orada nazir birmənalı olaraq qonşu ölkələrin vəziyyətinə dair öz münasibətini qeyd edir və bu, bir daha sübut edir ki, nazirin sözlərinin yozulmasına heç bir əsas yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB