Ermənistanın Azərbaycanın həyatı üçün ən böyük zərbəsi təbii ki, insan itkiləri və ərazilərimizin 20 faiz torpağının hələ də işğal altında saxlamasıdır. Bunu SİA-ya millət vəkili Zahir Oruc Ermənistan dövlətinin ölkəmizə vurduğu ağır zərbələrə münasibət bildirərkən belə deyib.
Millət vəkilinin sözlərinə görə, torpaqdan qiymətli heç nə ola bilməz: "Azərbaycan torpaqları heç bir şkala ilə, parametrlərlə ölçülə bilməz. Torpaq sadəcə vətəndir, ölkədir, dövlətdir. Əgər Azərbaycan insanlığı özünün doğulduğu ərazidən məhrum olunubsa, bunu hansı parametrlər əsasında ödənişini etmək olar? Hesab edirəm ki, ölkəmizə vurulan ziyanlar milyardlarla, hətta yüz milyardlarla dollar təşkil edir. İş orasındadır ki, faktiki olaraq ermənilər bu bölgəni torpaqla bərabərləşdirərək insan həyatının yaşanması üçün qeyri-mümkün vəziyyətə gətiriblər. Bu, əslində barbarlıqdır. Yəni dünyada işğallar baş verir, ölkələr bir-birləri ilə toqquşurlar və müharibələr davam edir. Ermənistanın faktiki olaraq Azərbaycan ərazilərinə qarşı vandalizmi inkar oluna bilməz. Hesab edirəm ki, biz ilk növbədə ərazilərin bərpa edilməsi müharibəsini aparırıq. Bundan sonrakı dönəmdə isə ermənilər ölkəmizə vurduqları ziyanların əvəzini ödəməli olacaqlar. Biz hər bir vəchlə ermənilərdən güclüyük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB