Baş nazir qaçqın düşərgəsində

Baş nazir qaçqın düşərgəsində

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qaziantep əyalətindəki suriyalı qaçqınların düşərgəsinə baş çəkəcək. SİA-nın "Anadolu ajansına" istinadən verdiyi məlumata görə, Ərdoğan Qaziantepə səfəri zamanı suriyalı qaçqınların yaşayış şəraiti ilə maraqlanacaq.

Bununla yanaşı, baş nazir Şanlıurfa əyalətindəki qaçqın düşərgəsində olub.

Qeyd edək ki, hazırda Türkiyə ərazisində 153 min suriyalı qaçqın var, onlar ölkənin 7 əyalətindəki 13 çadır düşərgəsində yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə