"Əgər yoldan ötən bir adam İsa Qəmbərə söz atırsa, bunların düşüncəsinə görə, həmin adamı tapşırtdıran şəxs cənab İlham Əliyevdir". Məhz bunun nəticəsidir ki, bu insan cəmiyyət arasında olduqda belə, yumurta atəşinə tutulur. Bunu SİA-ya Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkəran səfərinə münasibət bilidirərkən deyib.
Onun sözlərinə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli üçün Azərbaycan naminə iş görmək yalnız sözdə cəmiyyətə yönəlik təsir vasitələrindən biridir: "Bunların ölkənin tərəqqisi üçün heç bir addım atmadığı artıq bütün xalqın gözləri qarşısındadır. Həmin insanların məqsədləri yalnız şəxsi mənafelərini güdərək, öz iqtisadiyyatlarını, maliyyələrini ağ günə çıxarmaqdır. Bunlar sadəcə olaraq prezidentliyə namizəd adı altında cəmiyyətdə reytinqlərini qaldırma naminə öz məqsədlərini sərgiləməyə çalışırlar. Hər kəs də bilir ki, Ə.Kərimli və İ.Qəmbərdən lider ola bilməz. Bu insanların heç özləri belə bir-birlərinə güzəştə getmirlər".
T.Novruzov hesab edir ki, bu insanlar Azərbaycanda fəaliyyət göstərmək üçün heç bir ciddi tərəfdar toplaya bilmir: "Hər iki insan özlərinə dəstləyi həmişə xaricdə axtarıb. Siyasətdə irəli getmək və qələbə qazanmaq üçün ilk növbədə Azərbaycan cəmiyyətini və ölkə vətəndaşlarının etimadını qazanmaq lazımdır. Təbii ki, bütün bunlar nə İ.Qəmbərin, nə də ki Ə.Kərimlinin fəaliyyətində görünmür. Onun getdiyi yerdə heç də idman görkəmində insanlar olmayıb və bu şəxsə hər hansı bir təzyiq göstərilməyib. Sadəcə olaraq bu, İsa bəyin öz fərziyyələridir və o, məsələni şişirdərək daha da böyütməyə çalışır. Biz bunun son 20 ildə dəfələrlə şahidi olmuşuq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB