ABŞ səfirliyi xəbərdarlıq edir

ABŞ-ın Azərbaycandakı səfirliyi sabaha təyin olunmuş aksiyalarla bağlı öz vətəndaşlarına xəbərdarlıq edib. SİA-nın ABŞ səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, diplomatik missiya ABŞ vətəndaşlarını aksiya keçirilən ərazilərdə ehtiyatlı olmağa çağırıb: "Bu hətta dinc aksiya olsa belə, qarşıdurmaya çevrilə bilər. Siz aksiya keçirilən ərazilərə getməməli, insanların kütləvi toplaşdığı yerlərdə təhlükəsizliyə riayət etməlisiniz. Sayıq olun!"

Qeyd edək ki, sosial şəbəkələrdə əsgər Ceyhun Qubadovun ölümünə etiraz edən bir qrup gəncin sabah saat 16.00-da Fəvvarələr Meydanında dinc aksiya keçirəcəyi ilə bağlı müraciəti yayılıb. Daxili İşlər Nazirliyi razılaşdırılmamış istənilən aksiyanın qarşısının alınacağını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə