Bizim "Səs" qəzeti ilə əməkdaşlığımız bu mətbuat orqanının fəaliyyətə başlamasının ilk dövrlərinə təsadüf edir və bu günə qədər də davam edir. Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söyləyib.
Baş redaktorun sözlərinə görə, Azərbaycanda dövlətçilik ənənələrinin təbliğ olunmasında və milli maraqlarımızın qorunmasında "Səs" qəzetinin xüsusi yeri və rolu vardır. Çox sevinirəm ki, qəzet öz fəaliyyətini bütün istiqamətlərdə (Səs İnformasiya agentliyi, SəsTV kimi) genişləndirir. Bu mətbuat orqanı 22 il ərzində peşəkar kollektivi ilə uzun müddətli bir yol keçib. Düşünürəm ki, bu qəzeti çox ciddi prespektivlər gözləyir. Arzu edərdim ki, Azərbaycanın efir məkanında "Səs" telekanalı da fəaliyyət göstərsin. Bir sözlə "Səs" qəzetinin səsi hər zaman ucalardan gəlsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB