ATƏT PA-nın növbəti iclası Vyanada keçiriləcək

ATƏT PA-nın növbəti iclası Vyanada keçiriləcək

ATƏT Parlament Assambleyasının növbəti, 12-ci sessiyası fevralın 21-22-də Vyanada keçiriləcək. SİA-nın məlumatına görə, sessiyanın gedişində ATƏT PA Daimi Komitəsinin, üç ümumi komitənin iclasları keçiriləcək.

Sessiyanın açılışında ATƏT PA-nın prezidenti Rikkardo Miqliori, Avstriya parlamentinin prezidenti Barbara Prammer, ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojura, ATƏT-in baş katibi Lamberto Zannyer iştirak edəcəklər. Sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə