ABŞ-ın dövlət katibi Hillari Klinton yenidən öz işinə qayıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, səhhəti pisləşən Klinton xəstəlikdən sonra ilk iş gününü öz müavinləri ilə keçirməyi planlaşdırıb. Lakin o, öz səhhəti haqda Dövlət Departamentindən heç bir rəsmi açıqlama verməyib. Ancaq onunla ünsiyyətdə olan həmkarları xanım Klintonun səsinin gümrah olduğunu deyiblər.
Xatırladaq ki, Hillari Klinton yeni il axşamı huşunu itirdikdən sonra aparıldığı xəstəxanada həkimlər onun beynində tromb aşkarlamışdılar. Bir müddət öncə isə H. Klintonun həkimləri onun sinir sisteminin zərər görmədiyini və buna görə tamamilə sağalacağını bildirmişdilər. Həkimlər insult şübhəsinin də özünü doğrultmadığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB