BMT TŞ-da növbəti toplantı keçiriləcək

BMT TŞ-da növbəti toplantı keçiriləcək

Yanvarın 15-də BMT Təhlükəsizlik Şurasının xarici işlər nazirləri səviyyəsində terrorçuluğa qarşı mübarizə məsələlərinə həsr olunmuş toplantısı keçiriləcək. SİA-nın xəbərinə görə, bunu yanvar ayında BMT TŞ-nin sədri qismində fəaliyyətinin prioritetlərini açıqlayan Pakistanın BMT-dəki daimi nümayəndəsi Məsud Xan deyib. O, yanvarın 26-da sülhün dəstəklənməsi üzrə müzakirə keçiriləcəyini də söyləyib.

Xatırladaq ki, 2011-ci ilin oktyabrında Azərbaycan BMT TŞ-nin müvəqqəti üzvü seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə