AXCP İsa Qəmbəri "vahid namizəd" kimi tanımır

Razi Nurullayev: "İ.Qəmbər Müsavat Partiyasının başqanı olaraq namizədliyini irəli sürür"
AXCP İsa Qəmbəri "vahid namizəd" kimi tanımır

İctimai Palata yekdil qərar qəbul etməsə də Müsavat başqanı İsa Qəmbər özünü müxalifətin vahid namizədi kimi "təsdiq edib". SİA-nın əməkdaşının araşdırmaları nəticəsində məlum olub ki, müxalifətin əksər partiyası Müsavat başqanını müxalifətin vahid namizədi kimi görmür, əksinə bununla bağlı heç bir danışıqların aparılmadığını qeyd edirlər.

AXCP sədrinin müavini Razi Nurullayev Əli Kərimli ilə İsa Qəmbər arasında vahid namizəd məsələsində fikir ayrılığı olduğunu müxalifətçi siyasəti ilə ört-basdır etməyə çalışsa da onun bu məsələdən narahatlıq keçirdiyi qabarıq şəkildə hiss olundu. Amma AXCP sədrinin müavini məsələyə başqa tərəfdən yanaşmağa çalışdı: "AXCP sədri Əli Kərimli Müsavat Partiyasının başqanının seçkilərdə vahid namizəd kimi çıxış etməsinə görə, heç bir narazılığı yoxdur. İ.Qəmbər Müsavat Partiyasının başqanı olaraq namizədliyini irəli sürür. Hazırda İctimai Palatada da bununla bağlı müzakirələr gedir və qərar qəbul olunubdur ki, İP-də təmsil olunan partiyalar seçki hazırlığına başlayaraq prezident seçkilərinə hazırlaşa bilərlər. Hazırda AXCP ölkədə vahid namizədin irəli sürülməsi, demokratik seçkilərin keçirilməsi üçün səylər göstərir".

Buradan belə nəticəyə gəlmək olar ki, iki partiya arasında "vahid namizəd" müharibəsi hələ də davam edir. Ancaq SİA-nın ya AXCP-yönümlü, ya da Müsavatyönümlü olmadığını nəzərə alan R.Nurullayev müxalifət düşərgəsində baş verən olayların "xaricə" sızmaması üçün dilini dişinin arasında saxlamağa məcburdur. Siyasi ekspertlər də yaxın zamanlarda iki partiya arasın yeni münaqişənin yaranacağını proqnozlaşdırırlar.

Əli Kərimli və İsa Qəmbər arasında yaşanan konfiliktin isə İP-nin dağılmasına heç bir təsiri yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə