"Sərhəd Qoşunları haqqında" qanuna Sərhəd Qoşunlarının vəzifələri və hüquqları ilə bağlı dəyişikliklər edilib. SİA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında qanuna dəyişikliklərlə bağlı qanun layihəsi qəbul olunub.
Dəyişiklikdə bildirilir ki, sərhəd qoşunlarının vəzifələrindən biri qanunla müəyyən olunmuş qaydada şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın dövlət sərhədinin buraxılış məntəqələrindən buraxılmasını həyata keçirməkdir.
Sərhəd qoşunları xaricə gedən nəqliyyat vasitələrinin Dovlət sərhədinin buraxılış məntəqələrində dayanma (dayanacaq) yerlərini və müddətini gömrük idarələri (postları) ilə birlikdə müəyyən etmək hüququna malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB