"Gürcüstanın baş naziri Bidzina İvanaşvili birmənalı olaraq Rusiyanın Qafqazdakı siyasətini həyata keçirir. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, baş nazirin adı İvanaşvili deyil İvanov olmalıdır: "Azərbaycan Qafqazın açar dövlətidir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın əlində cəmlənib. Azərbaycan dünyaya iqtisadi inteqrasiya etmək üçün Gürcüstanı trans-dəhliz kimi istifadə edir. İvanaşvili də Rusiyanın tapşırığı ilə Azərbaycandan daha çox iqtisadi maraqları qoparmağa çalışır. Bu baxımdan Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırmalıdır. Rusiya Ukraynanı qazda boğduğu kimi Azərbaycan da məcazi mənada yox, həqiqi mənada İvanaşvilini qazda boğmalıdır. O zaman İvanaşvilinin özü də yumuşalacaq, xalq da ayağa qalxaraq Azərbaycanın humanist mövqeyini dəstəkləyəcək. Gürcüstana ən çox investisiya yatıran dövlət Azərbaycandır. İndiyədək Azərbaycan Gürcüstana 3 milyard dollardan çox investisiya qoyub. Bu investisiya mühitini yaradan da Azərbaycandır".
Politoloq bildirdi ki, Rusiya Gürcüstan kartından Azərbaycana qarşı istifadə etmək niyyətindədir: "Gürcüstan baş naziri Bidzina İvanaşvili Rusiyanın təhlükəsizlik orqanlarının keçmiş polkovniki, indiki generalıdır. Onun üçün də Azərbaycana qarşı ikiüzlü və satqın mövqe sərgiləyir. Bunu onun hər addımında sezmək mümkündür. Kulavi terminalında olan mitinqlər, Gürcüstanda yaşayan azərbaycanlıların evlərinə olan basqınları, erməni Qəribaşvilinin (Qəribiyan) daxili işlər naziri təyin olunması, bütün bu və ya digər addımları Rusiyanın tapşırığı ilə İvanaşvili həyata keçirir. Ancaq Azərbaycan beynəlxalq siyasətdə kifayət qədər "bişmiş" dövlətdir. Həmçinin Azərbaycan prezidenti İlham Əliyev peşəkar diplomatdır. Bunun üçün də belə təxribatçı siyasətlə Azərbaycana təsir etmək mümkün deyil. Amma, İvanaşvilinin yaxın gələcəkdə hakimiyyətdə olması Azərbaycan üçün müəyyən problemlər yarada bilər. Buna görə də Azərbaycan müvafiq addımları atmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB