Ötən müddət ərzində Azərbaycan ilə Qazaxıstan regionları arasında əlaqələr daha da möhkəmlənib. SİA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Prezident Nursultan Nazarbayevin "Qazaxıstan-2050" Strategiyasına dair keçirdiyi mətbuat konfransında bildirib. Səfir deyib ki, bu kimi münasibətlər strateji tərəfdaşlıq kimi qiymətləndirməlidir: "İkitərəfli əlaqələr hərtərəfli inkişaf edir. Qazaxıstan bundan sonra Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır".
Qazaxıstanda Sumqayıt texnoparkına maraq göstərildiyini deyən Serik Primbetovun fikrincə, bu texnoparkın böyük gələcəyi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB