Bu gün sumqayıtlılar cənab prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində yüksək şəraitdə yaşayır. Şəhər sakinlərinin əhval-ruhiyyəsi yüksək səviyyədədir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti hər an inkişaf edir və yeniləşir. Bu da təbii ki, bizim hər birimizi sevindirir: "Bu gün prezident İlham Əliyev növbəti dəfə Sumqayıta səfər etdi və binanın açılışında özü şəxsən iştirak etdi. Dövlət başçısı hər zaman şəhərimizin inkişafına böyük diqqət və qayğı göstərib. Prezident İlham Əliyev Sumqayıtda olarkən deyib ki, bir neçə ildən sonra sənayeninin inkişafı baxımdan adıçəkilən şəhər dünyada ciddi mərkəz kimi qəbul olunacaq. Artıq bu proses göz qabağındadır".
E.Əzizov 51 metr uzunluğunda hazırlanana tort barədə isə bildirib ki, Sumqayıt sakinləri bir neçə ay bundan qabaq da şəhər gününü bu cür böyük coşğu ilə qeyd ediblər: "Bu tədbir iş adamlarının təşəbbüsü ilə reallaşıb və onlar cənab prezident İlham Əliyevin ad gününü nəhəng tort hazırlamaqla qeyd edirlər. Bu tort Avropanın ən böyük tortu kimi keçən ilin rekordunu yeniləyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB