Dövlət başçısının rəhbərlik etdiyi bütün sahələrdə uğurlar qazanılıb

Aydın Hüseynov: “Biz tam inanırıq ki, dövlət başçısının rəhbərliyi ilə qarşıya qoyulan məqsədlərə nail olacayıq”
Dövlət başçısının rəhbərlik etdiyi bütün sahələrdə uğurlar qazanılıb

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun "SƏS TV"-yə müsahibəsi:

- Aydın müəllim, Azərbaycanın iqtisadi sahədə son bir il ərzində əldə etdiyi uğurlar nədən ibarət olub?

- Ötən illərdə olduğu kimi 2012-ci ildə də Azərbaycan həm siyasi həm də iqtisadi sahədə çox böyük nailiyyətlər əldə edib. 2012-ci ildə ölkəmizin BMT TŞ-na qeyri-daimi üzv seçilməsi dövlətimizin siyasi sahədə qazandığı ən mühüm nailiyyətlərdən biridir. Bu sıraya 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya oyunlarını göstərə bilərik. Bu idman yarışı olsa da özlüyündə bizim diplomatik və siyasi nailiyyətlərin sırasında daxil olan qələbələrimizdən biridir. Son 10 ildə ölkəmiz hər il makroiqtisadi göstəricilər baxımından öz normativlərini yeniləşdirir və nailiyyətlərimiz daha yeni çalarlarla zənginləşir. Ən mühüm makroiqtisadi göstəricilərdən biri olan ümumi daxili məhsul (ÜDM) bu il keçən illə müqayisədə 1.2 faiz artaraq, 48.2 milyard manat təşkil edib. Bununla belə ÜDM tərkibində qeyri-neft sektorunun payı 9.7 faizdir. Ən başlıca məqsəd isə ondan ibarətdir ki, ölkə iqtisadiyyatının neftdən asıllığı azaldılsın və qeyri-neft sektoru, eləcə də həmin sektorun tərkibində sənayenin inkişafı artırılsın. Təkcə sahibkarlığın inkişafı üçün dövlət büdcəsindən 100 milyon manata qədər vəsait qoyulub ki, bunun da əksəriyyəti həm sənaye həm də kənd təsərrüfatı sahəsinin payına düşür. Dövlət tərəfindən sahinkarlara güzəştli kreditlərin verilməsi qeyri-neft sektorunun inkişafına təkan verən mühüm amillərdən biridir. Ümumiyyətlə, iqtisadi sahədə aparılan bu reformalar və islahatlar nəticəsində əldə olunan nailiyyətlərin başlıca məqsədi ölkənin, Azərbaycan xalqının sosial-rifah halının yüksədilməsidir. Ölkəmizdə orta aylıq əmək haqqı artıq 500 manat təşkil edir və pensiyaların həcmi 197 manat həcmində qərarlaşıb. Eləcə də 2012-ci ildə bütün büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarında 20 faiz artım müşahidə olundu, həmçinin tələbələrin təqüdlərinin artırılması, hərbi qulluqçuların xidməti vəziflərinə uyğun olaraq müəyyən güzəştlərin edilməsi nəzərdə tutuldu. Ən mühüm nailiyyətlərdən biri isə 6 milyarda yaxın investisiya qoyuluşunun həyata keçirilməsi oldu. Ümumilikdə götürdükdə tək ölkə daxilində deyil xaricdə də son illər ərzində 5.5 milyard manat investisiya qoyuluşu reallaşdırılıb. Bu isə əsasən Türkiyə respublikasında, qonşu Gürcüstanda və eləcə də digər ölkələrdə həyata keçirilib. Ötən il ən yadda qalan və insanları düşündürən məsələlərdən biri də SSRİ dövründən əhalinin əmanət banklarında olan pullarının geri qaytarılması oldu. Məlumdur ki, bu ilin avqust ayında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə əmanətlərin qaytarılması üçün konkret mexanizm hazırlandı və az bir müddətdə əmanətlərin qaytarılması ilə bağlı problemlər 90 faiz öz həllini tapdı. Ən başlıca göstərici isə ondan ibarət oldu ki, keçmiş SSRİ məkanında Baltikyanı respubliklarını çıxmaq şərtilə ən yüksək şəkildə əmanətlər indeksləşdirildi və əhaliyə qaytarıldı. Baltikyanı respubliklarında əmanətlərin qaytarılması tamam başqa bir formada həyata keçirildi. Ölkənin ən böyük iqtisadi göstəricilərindən biri də TANAP layihəsinin həyata keçirilməsi idi ki, prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu layihə reallaşdırıldı. Bu layihənin əsas mahiyyəti ondan ibarətdir ki, layihənin 70 faizi Azərbaycana məxsudur, digər 30 faizi isə Tükiyənin payına düşür. Layihənin üstünlüyü odur ki, ölkəmiz artıq bu sözü gedın layihə üçün söz sahibi olmaqla yanaşı digər təsir amillərinə məruz qalmayacaq.

- Ümumiyyətlə, 2013-cü il Dövlət büdcəsi beynəlxalq layihələrin xüsusilə də iqtisadiyyat və əhalinin sosial rifaının yaxşılaşdırılması üçün yetərli olacaqmı?

- 2013-cü ilin Dövlət büdcəsi indiyənədək Azərbaycan respublikalarının büdcələri sırasında ən rekord (20 milyarda yaxın) bir göstəricidir. Yəni konkret olaraq Azərbaycanın dövlət büdcəsinin gəlir hissəsi 19 milyard 159 milyon manat, xərc hissəsi isə 19 milyard 850 milyon manat təşkil edir. Həmin büdcənin gəlir hissəsinin proqnozları çox düzgün şəkildə həyata keçirilib və heç bir problem baş verməyəcək. Ümumilikdə son illər ölkəmiz tərəfindən aparılan islahatların nəticəsi olaraq proqnozlaşdırma sistemi vardır ki, və bu proqnozlarda özünü yüz faiz doğruldur. 2013-cü ilin Dövlət büdcəsi hər il olduğu kimi sosialyönümlü və eyni zamanda investisiya qoyuluşunu həyata keçirəcək bir büdcə kimi xarakterizə olunur. Büdcənin 25 faizə qədəri sosialyönümlü xərclərin maliyyələşməsinə sərf olunacaq. Eyni zamanda 2013-cü il dövlət büdcəsinin tərkibində 6 milyarda yaxın investisiya qoyuluşu üçün xərc, əmək haqlarının artımı üçün isə ən azı 15 faiz vəsait nəzərdə tutulub. Artıq Azərbaycanın 50 milyard manata yaxın ehtiyyat fondu mövcuddur ki, bu da istənilən an ortalığa çıxacaq problemlərin həllində ölkəmizə yardımçı olacaq.

- İlin sonunda Milli Məclisdə sosial qanunlar müzakirə olunaraq qəbul edildi və bir sıra cərimələrin miqdarı artırıldı. Necə düşünürsünüz, gələcəkdə bu cəzaların daha da sərtləşdirilməsi labüddürmü?

- Ümumiyyətlə, cəzaların sərtləşdirilməsi sosial sifarişdən doğan bir amildir. Belə ki, bu tərzdəki hallar bəzən müvəqqəti xarakterdə daşıya bilir. Əslində bütün bunlar qanunların yüksək səviyyədə həyata keçirilməsinə hesablanıb. Bununla belə həmin bu proseslər ölkə vətəndaşalrının rahatlığına, qanunun aliliyinə xidmət edən sahələrdir. İlk növbədə əldə olunan gəlirlər dövlət büdcəsinə yönəlir və bu da yenidən insanların tələbatına, həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən amillər sırasındadır.

- Bildiyiniz kimi 2015-ci ildə Azərbaycanda I Avropa Yay Olimpiya Oyunları keçiriləcək. Bu yarışın ilk dəfə ölkəmizdə keçirilməsinin iqtisadi cəhətdən nə kimi üstünlükləri olacaq?

- Bu Azərbaycanın siyasi qələbəsi olmaqla yanaşı ölkəmizdə yüksək siyasi mədəniyyətin mövcudluğunun tələblərindən doğan bir amildir ki, respbulikamıza maraq daha da artıb. İkincisi isə ölkəmizdəki stabillik, tolerantlıq, insan hüquqlarının qorunmasıdır. Yəni demokratik prinsiplərdən irəli gələn bütün mühit Azərbaycanda mövcuddur. Bildiyiniz kimi 2012-ci ilin may ayında ölkəmizdə beynəlxalq "Avroviziya" mahnı yarışması keçirildi. Bu mahnı müsabiqəsi birdaha göstərdi ki, Azərbaycanda böyük irəliləyişlər mövcuddur. Bununla belə o da məlum oldu ki, ölkəmizdə bütün yarışaların keçirilməsi üçün hər bir şərait vardır. Beynəlxalq yarışların ölkəmizə gətirdiyi siyasi dividentlərlə yanaşı iqtisadi amillərdə mühüm rol oynayır. Eləcə də respublikamıza turizm axını daha da gücləndi.

- Son yeddi ildə prezident İlham Əliyev Azərbaycanın inkişafı üçün böyük işlər görüb, uğurlar əldə edib. Sizcə, bu uğurların əldə olunmasında hansı fəaliyyətlər xüsusi olaraq önəm kəsb edir?

- 2003-ci il seçkilərində prezident İlham Əliyev Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyini və etimadını qazanaraq ölkə prezidenti seçildi. Bu da təsadüfi deyildi. Birinci növbədə ona görə ki, müstəqilliyin ilk illərində, yəni 1993-cü ilin iyun ayından başlayaraq İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi həm siyasi, həm də iqtisadi strategiyanın reallaşmasında birbaşa iştirak edərək onun həyata keçirilməsində mühüm rol oynayıb. Dövlət başçısının rəhbərlik etdiyi bütün sahələrdə daim nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev həm millət vəkili, həm dövlət xadimi olaraq ölkəmizin qüvvətlənməsi, qüdrətlənməsi və konkret olaraq inkişafı üçün böyük zəhməti olub. Bununla belə Azərbaycan Respublikasının baş naziri vəzifəsinin də öhdəsindən layiqincə gəlib. Bütün bu nailiyyətlərin fonunda dövlət başçısı ölkə əhalisinin inamını qazanaraq öz zəngin təcrübəsi, zəhməti, fövqalədə idarəetmə qabiliyyəti hesabına 2003-cü ildən bu yana ölkəmizə rəhbərlik edir. Bununla da 2003-cü ildən sonra Azərbaycanda dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasi kursa yeni bir çalarlar əlavə olundu. Prezident İlham Əliyev rəhbərliyinin ilk illərində ölkənin idarə olunması üçün çevik idarəetmə strukturları və qanuni bazanın formalaşması üçün bir çox fərmanlar imzaladı. Həmçinin regionların sosial-iqtisadi inkişafı və mühüm iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlı proqramlar reallaşdırıldı. Bakı-Tbilisi-Ceyhan neft əsas ixrac boru kəmərinin istifadəyə verilməsi ilə ölkəyə əvvəlki illərlə müqayisədə çox böyük valyuta axını gəldi. Həmin dövrdə bəzi iqtisadçılar, mütəxəssislər tərəfindən belə fikir formalaşmışdı ki, Azərbaycan bu gəlirlər və dollar yağışı altında özünü itirəcək. Ancaq 2008, 2009 və 2010-cu illəri əhatə edən dünya qitisadi böhranı ölkəmizə heç bir təsir göstərmədi. Bizim nailiyyətlərimiz hədsiz çoxdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə "2020-ci il Gələcə baxış: İnkişaf Konsepiyası" artıq hazırlanıb. Biz tam inanırıq ki, dövlət başçısının rəhbərliyi ilə qarşıya qoyulan məqsədlərə nail olacayıq.

- Danılmaz faktdır ki, müxalifət hər zaman məğlubiyyətini ört-basdır edir. Müxalifət deyir ki, guya onlara Amerika (ABŞ) dəstək olur. Bir sözlə müxalifətin bu fikirlərinin arxasında nələr dayanır?

­- Azərbaycan demokratik inkişaf yolunu tutan dövlətdir. Hər hansı bir siyasi partiyanın qanun çərçivəsində fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Ölkəmizdə fəaliyyət göstərən digər ölkələrin səfirlərinin də hər hansı bir siyasi qurumla görüş keçirməsi qəbul olunan haldır. Lakin hər hansı Azərbaycan dövlətinin milli və dövlətçilik maraqlarına zidd mövqedə dayanan hansısa dairə ilə ölkə əhalisinin əlayehinə yönəlmiş gizlin söhbətin aparılması birbaşa olaraq ölkə vətəndaşlarının iradəsinin əksinə getməkdir. Azərbaycanda fəaliyyət göstərən bir çox qaraguruhçu qüvvələr, radikal müxalifət həmişə özünə dəstəyi kənarda axtarıb. Çünki ölkədə onlara dəstək verən yoxdur. Onlar birmənalı olaraq dərk etməli və bilməlidirlər ki, Azərbaycan dövlətinin taleyini ölkə xalqı özü həll edir. Eyni zamanda öz ölkəsində nüfuzu, sosial dayağı olmayan və xalqı üçün bir iş görməyən hər hansı dairələrə xarici səfirliklərin (xüsusilə də ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morniqstar) maraq göstərməsi vaxt itkisindən başqa bir şey deyil. Artıq 20 il ərzində Azərbaycan öz müstəqilliyi dövründə inkişaf yolunu müəyyənləşdirib. Ölkə xalqı, vətəndaşı öz iradəsini ortaya qoyaraq dövlətini formalaşdırıb və onun rəhbərini seçərək etimad göstərir. Bu etimadın nəticəsi olaraq da ölkə rəhbərliyi ilə Azərbaycan xalqı arasında çox səmimi münasibətlər mövcuddur.

- Gələn il prezident seçkilərində müxalifətin aktivliyini müşahidə etmək olarmı?

- Seçki adından da məlumdur ki, seçiciyə bağlanır. Əgər müxalifətin seçicisi və onu dəstəkləyən, ardınca gedən yoxdursa o seçkilərdə hansı aktivlikdən söhbət gedə bilər. Müxalifətin özünü aktiv göstərməsi isə özlərinin qəzet səhifələrindəki yazılarından başqa bir şey deyil. Çünki bu gün cəmiyyəti düşündürən başqa suallardır. Bu gün cəmiyyəti Azərbaycan xalqının inkişafı düşündürür. Artıq Azərbaycan regionda söz sahibinə çevrilib. Təkcə region iqtisadiyyatının 80 faizi ölkəmizə məxsusdur. Ermənistan və Gürcüstan dövlətinin dövlət büdcəsinin cəmindən Azərbaycanın dövlət büdcəsi iki dəfə artıqdır. Belə ki, Ermənistanın dövlət büdcəsi 3.4 milyard dollar, Gürcüstanda 5.6 milyard dollardısa Azərbaycanda bu 22 milyard dollar təkil edir.

- Ermənistan prezidenti Serj Sarkisyan Moskva kanallarının birinə verdiyi açıqlamasında Azərbaycanın iqtisadi uğurunu etiraf edib. Necə bilirsiniz, bu etiraf gələcəkdə erməni prezidentinin danışıqlar prosesində konstruktiv mövqedən çıxış etməsinə təsir göstərə bilərmi?

- Ermənistanın bir müstəqil dövlət kimi adı olsa da, faktiki olaraq müstəqil deyil, əksinə asılı bir dövlətdir. Ermənistanda prezident olmaq istəyən hər kəsin də kimə üz tutub görüş keçirdiyi məlum məsələdir. Azərbaycanın iqtisadi qüdrəti artdıqca onun siyasi nüfuzu və ordusu da qüdrətlənir. Biz həm siyasi, həm də ordu baxımından Ermənistandan dəfələrlə qüdrətli və güclüyük. Hesab edirəm ki, bu gün Ermənistan necə ki, Azərbaycanın iqtisadi uğurlarını etiraf edir, az müddətdə ölkəmizin ordusunun da gücünü o cür etiraf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə