Müvəqqəti həmsədr məlum oldu

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni müvəqqəti həmsədri məlum olub. Səfir Robert Bradtke keçən həftə ATƏT-in Minsk qrupunun həmsədri kimi öz vəzifəsini başa çatdırıb. ABŞ səfirliyindən SİA-ya verilən məlumata görə, dekabrın 21-də qərara alınıb ki, səfir Yan Kelli ABŞ-ın Minsk qrupunda yeni həmsədr təyin olunana qədər bu vəzifəni müvəqqəti icra edəcək.

ABŞ Dövlət Departamenti səfir Bradtkeyə üç ildən çox müddət ərzində həmsədr vəzifəsini icra etdiyinə görə öz minnətdarlığını bildirib və gələcək işində uğurlar arzulayıb.

"ABŞ həmsədr ölkə kimi Dağlıq-Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunmasında öz dəstəyini göstərməsinə sadiq qalır"- səfirliyin məlumatında deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə