Bir neçə istiqamətdə atəşkəs pozulub

Bir neçə istiqamətdə atəşkəs pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində, Füzuli rayonunun işğal olunmuş Aşağı Veysəlli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Şuraabad, Tərtər rayonunun Qızıloba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə