İndoneziya Regional Nümayəndələr Şurasının sədri ADU-da olub

İndoneziya Regional Nümayəndələr Şurasının sədri ADU-da olub

Bu gün Bakıda səfərdə olan İndoneziyada Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşüb. SİA-nın nəlumatına görə, əvvəlcə rektor Səməd Seyidov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.

Universitet haqqqında məlumat verən rektor S.Seyidov ADU-da Qərb və Şərq dillərinin tədris olunduğunu bildirib. S.Seyidov deyib ki, ADU-nun tələbələri, müəllimlər İndoneziya dili və mədəniyyətinə də böyük maraq göstərirlər. İndoneziyada nəşr olunan qəzetlərdə ADU tələbələri haqda yazının dərc olunduğunu xatırladan S.Seyidov bunun İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin yüksək səviyyədə dil biliklərinə yiyələndiklərinin nəticəsi olduğunu bildirib: "ADU-da təhsil alaraq İndoneziya mədəniyyətinin spesifik xüsusiyyətlərini öyərənən tələbələr gələcəkdə bu sahədə uğur qazanırlar".

İndoneziya Mərkəzinin fəaliyyətinə toxunan S.Seyidov mərkəzin direktoru Laura Zərbəliyevin fəaliyyətini yüksək qiymətləndirib. O, H.Zərbəliyevin Azərbaycanda İndoneziya dilinin tədrisində, İndoneziya mədəniyyətinin tanıdılmasında böyük rolu olduğunu sözlərinə əlavə edib.

İndoneziyada Regional nümayəndələr şurasının sədri İrman Qusman qəbula görə S.Seyidova öz fərin təşəkkürünü bildirib. Qonaq qeyd edib ki, ADU-da İndoneziya dilinin tədrisi və Mərkəzin fəaliyyəti, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində böyük rol oynayacaq.

Görüşdə ADU ilə İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, əməkdaşlığın gələcək inkişaf prespektivləri müzakirə olunub.

Qeyd edək ki, ADU-nun regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisası 2007-ci ildən fəaliyyət göstərir. Universitetdə İndoneziya Araşdırmalar mərkəzi isə 2010-cu ildən yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə