ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil

ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil

Zahid Oruc: "ATƏT-in Minsk qrupu Qafqaz uğrunda savaşan məcmuəsidir"

Artıq 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində vasitəçi rolunu oynayırlar. Demək olar ki, bu günə qədər ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbətə doğru hər hansı bir irəliləyişə nail ola bilməyiblər. Xüsusilə də, işğalçı ölkə olan Ermənistana qarşı ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən heç bir ciddi təzyiq olunmayıb. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliliyə doğru addım atacaqları inandırıcı görünmür. SİA-nın verdiyi məlumata görə, məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini qənaətbəxş hesab etmir.

"Çünki ATƏT-in Minsk qrupu həmsədrləri öz mandatlarına uyğun vəzifələri yerinə yetirmir. Dağlıq Qarabağ münaqişəsinin həlli getdikcə daha da uzanır. İşğalçı ölkə olan Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunması reallaşmayır. Əksinə bir sıra hallarda onlar daha çox stimullaşdırıldı. Ermənistanın bu siyasi buxovlanmayan iddiaları fonunda Dağlıq Qarabağ münaqişəni tənzimləmək qeyri-mümkündür. Demək olar ki, ATƏT-in Minsk qrupu Qafqaz uğrunda savaşanda tərəflərin məcmuəsidir. Acıq şəkildə bu farmat nəyin ki, Qafqazlarda eyni zamanda, digər ərazilərdə böyük beynəlxalq regional və geopolitik maraqları uğurunda çarpışan tərəflərdir".

Z.Oruc onuda bildirdi ki, dünyanın güc mərkəzləri olan dövlətlər regionda müxtəlif maraqlara malik dövlətlərdir. Onların Dağlıq Qarabağ münaqişəsinə münasibətləri də fərqlidir. Burada nəyinki ATƏT-in Minsk qrupunun, eləcə də digər beynəlxalq qrumların da bu prosesə fəal şəkildə qoşulması və ədalətli sülh sazişinin imzalanması vacibdir.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə