İclasın tarixi açıqlandı

Dekabrın 17-də Brüsseldə Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclas çərçivəsində tərəflər Azərbaycan-AB əməkdaşlığının müxtəlif istiqamətlərini, o cümlədən "Avropa Qonşuluq Siyasəti" və "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər.

Toplantıda AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle də iştirak edəcək. Azərbaycan nümayəndə heyətinə isə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək.

Qeyd edək ki, AB-Azərbaycan Əməkdaşlıq Şurasının iclası ildə bir dəfə Brüsseldə keçirilir. Şiranın 12-ci iclası ötən ilin noyabr ayında keçirilib. Dekabrın 17-də Brüsseldə AB-Ermənistan Əməkdaşlıq Şurasının, dekabrın 18-də isə AB-Gürcüstan Əməkdaşlıq Şurasının iclasları da keçiriləcək. AB-Ermənistan Əməkdaşlıq Şurasının iclasında tərəflər arasında əməkdaşlıq və tərəfdaşlıq sazişinə Ermənistanın AB proqramlarında iştirakına dair protokol imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə