Ermənistanın siyasəti regionun maraqlarına ziddir

Ermənistanın siyasəti regionun maraqlarına ziddir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət hazırda dondurulmuş məcrada davam edir. Çünki Ermənistan tərəfi müəyyən mənada maskasını çıxararaq real simasını dünyaya nümayiş etdirir. Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Partiya sədrinin sözlərinə görə, bu danışıqlar prosesinin dayandırılmasının da başlıca səbəkarı elə məhz Ermənistan dövlətidir ki, bütün dünyada bu siyasətini uğurla həyata keçirir: "Birmənalı olaraq, Ermənistan dövləti öz işğalçılıq siyasətinə son qoymaq istəmir. Biz də öz növbəmizdə həmin vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti, təşkilatları daimi olaraq məlumatlandırırıq ki, Ermənistanın danışıqlar prosesindən yayınmaq siyasəti real vəziyyəti özündə ehtiva edir. Buna görə də biz beynəlxalq təşkilatlarla birgə vəziyyətdən çıxış yollarını axtarmalıyıq. Ermənistana heç cürə imkan verməməliyik ki, indiki status-kvo, işğalçılıq prosesi davam etdirilsin".

A.Mollzadə hesab edir ki, təcavüzkar dövlətə qarşı müvafiq qərarlar çıxarılmalıdır: "Bizim əsas istəyimiz ondan ibarətdir ki, beynəlxalq hüquq normaları çərçivəsində münaqişə həll edilsin. BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin, eləcə də bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr sadəcə, kağız üzərində qalmamalıdır. Onların icrası ilə bağlı müvafiq mexanizmlər düşünülüb tapılmalıdır".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn ay rellaşacaq görüşündən böyük ümidlər gözləyən millət vəkili deyir ki, toplatında mühüm qərarlar qəbul edilə bilər: "Azərbaycana təcili sülh lazımdır. Ölkəmizin həyata keçirəcəyi beynəlxalq layihələri reallaşdırmaq üçün Cənubi Qafqazda sülh, əminamanlıq və hamının bir tərəfdaşlıq sistemində olması lazımdır. Sadəcə olaraq Ermənistanın apardığı siyasət Cənubi Qafqaz regionunun maraqlarına ziddir".

Bütün xəbərlər Facebook səhifəmizdə