Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilib.
Bu gün Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyub, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin əziz xatirəsinə sonsuz məhəbbətin ifadəsi olaraq onun abidəsini ziyarət ediblər.
Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB