"Qəbələ RLS-lə bağlı qərar hər iki ölkə üçün doğrudur"

"Qəbələ RLS-lə bağlı qərar hər iki ölkə üçün doğrudur"

Rusiya tərəfi dəfələrlə bəyan etmişdi ki, Qəbələ RLS-nin müvafiq hərbi potensialından istifadə etmək üçün o qədər də ehtiyacı yoxdur. Bunu SİA-ya açıqlamsında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

"Qəbələ RLS-i ilə bağlı məsələ uzun müddət idi ki, öz həllini gözləyirdi. Bu nəticənin olacağı ekspertlər tərəfindən də proqnozlaşdırılırdı. Çünki daha modern, anoloji radio lokasiya stansiyaları Şimali Qafqazada və Rusiyanın başqa bölgələrində qurulub", - H.Babaoğlu deyib.

Politoloq hesab edir ki, bu gün Rusiya Federasiyası stansiyanın qurulduğu illərdən fərqli olaraq Şərqdə və Cənubi-Şərqi Asiyanın bir hissəsində o dövrdəki qədər fəal deyil: "Bütün bunlar isə özlüyündə Rusiya üçün "Qəbələ RLS nə qədər lazımlıdır" sualını yaradır. Bütün bunlara görə, Qəbələ RLS-lə bağlı verilən qərar gözlənilən idi. Hesab edirəm ki, verilən qərar hər iki tərəf üçün doğrudur".

Bütün xəbərlər Facebook səhifəmizdə