Rusiyanın sonuncu əsgərin Azərbaycandan çıxması tarixi qələbəmizdir. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, Rusiya heç vaxt Azərbaycanın müstəqilliyi ilə barışmayacaq: "Azərbaycan çox strateji bir bölgədə yerləşir. Rusiya dövləti üçün çox önəm kəsb edən bir regiondur. Bu baxımdan Rusiyanın gözü hər zaman Azərbaycanda olacaq. Bunlar Rusiya hakimiyyətinin Azərbaycana qarşı illər boyu yürütdüyü siyasətin hər çalarında büruzə verməkdədir. Bu baxımdan təxribatlar hər zaman gözlənilir. Lakin millət bütöv olanda və müstəqilliyinin dəyərini biləndə ona heç bir qüvvə bata bilməz. Azərbaycan Qəbələ RLS-lə bağlı mövqeyi birbaşa dövlətin və millətin maraqlarına uyğundur. Hər bir dövlətin davranmalı olduğu bir mövqedir. Bütün bunlarda öz bəhrəsini verdi. Qəbələ RLS-lə bağlı olan hadisə Azərbaycanın böyük qələbəsidir. Şübhəsiz ki, hər uğurdan sonra, qarşı tərəf qələbə qazanmış tərəfə təxribatla çıxış edir. Bizim borcumuz da bu tərxribatların qarşısını almaqdır. 1992-ci illərin təfəkkürü ilə düşünən Rusiya hakimiyyəti ənənəvi siyasətlərini ölkəmizdə həyata keçirə bilməyəcək. Hesab edirəm ki, qazanılan bu uğur olacaq təxribatlardan daha önəmlidir. Atılan addımlar və verilən qərarlar doğrudur. Bu addım Azərbaycanın mənafeyinə xidmət edən bir addımdır. Rusiyanın sonuncu əsgərin Azərbaycandan çıxması tarixi qələbəmizdir.
Siyasi şərhçi hesab edir ki, Rusiyanın Qəbələ RLS-dən çıxmasından sonra Azərbaycanla apardığı siyasət dəyişməyəcək: "Rusiya heç vaxt Dağlıq Qarabağ məsləsində Azərbaycanın mövqeyini dəstəkləməyib. Qəbələ RLS-dən çıxdıqdan sonrada dəyişməyəcək. Rusiya torpaqlarımızın işğalına birbaşa dəstək verən dövlətdir. Bundan başqa münaqişənin həllinin uzadılmasına da bir başa təsir edir. Rusiya öz tərəfini çoxdan müəyyənləşdirib. O, Ermənistanın tərəfindədir. Buna görə hər hansı bir məsələ olsa belə Rusiyanın mövqeyi dəyişməyəcək. Azərbaycan dövlət maraqlarına nə mümükündürsə onu etməyə çalışmalıdır. Əgər düşünsək ki, Qəbələ RLS-dən çıxdıqdan sonra hansı addımları atacaq? Rusiya Azərbaycana qarşı atacağı addımları artıq atıb. Torpaqlarımızın işğalında bir başa iştirak edib. Ermənistana dəstək verib və verməkdə davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB