Oqtay Əsədov və Mübariz Qurbanlı nə düşünür?

Oqtay Əsədov və Mübariz Qurbanlı nə düşünür?

YAP icra katibinin müavini Mübariz Qurbanlı Milli Məclisin bugünkü plenar iclasında Rusiyanın Qəbələ RLS-dən istifadəni dayandırması məsələsindən danışıb. SİA-nın məlumatına görə, Mübariz Qurbanlı deyib ki, Azərbaycan tərəfinin Qəbələ RLS-lə bağlı mövqeyi Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov tərəfindən açıqlanıb: "Müxalifət bununla bağlı Azərbaycan cəmiyyətində səhv rəy yaratmasın. Bu, üçüncü qüvvələrə kömək edir. Azərbaycanın möqeyi açıqdır və bu, Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyəcək".

Spiker Oqtay Əsədov isə deyib ki, bu, problemli məsələ deyil: "Komissiya yaradılmışdı, məsələyə baxıldı. Rusiya Qazaxıstanla Baykanurla bağlı 2050-ci ilə qədər müqavilə bağlamışdı, indi müqaviləyə yenidən baxılır. Bu, o demək deyil ki, Qazaxıstanla Rusiyanın münasibətləri pozuldu. Bunu dövlətlərarası münasibətlə əlaqələndirmək düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə