Qəbula gələn seçicilərin səhiyyə, sosial təminat və kommunal xidmətlərlə bağlı problemləri yerindəcə, şəhərin müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlanılaraq həll edilib
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, 47 saylı Mingəçevir seçki dairəsindən millət vəkili seçilmiş Aydın Mirzəzadə müntəzəm olaraq Mingəçevirdə seçiciləri ilə görüşür, problemlərinin həllində onlara yardımçı olmağa çalışır. SİA-nın verdiyi məlumata görə, növbəti belə görüş isə dekabrın 6-da baş tutub.
Həmişə olduğu kimi, bu dəfəki qəbul da seçicilərin əksər problemlərinin həlli ilə sonuclanıb. Daha doğrusu, bu dəfə100 nəfərə yaxın seçicini qəbul edən millət vəkili onları narahat edən məsələlərlə maralanıb. Bu dəfə qaldırılan məsələlər ilk növbədə sosial və işlə təminatla bağlı olub.
Beləliklə, qəbula gələn seçicilərin səhiyyə, sosial təminat və kommunal xidmətlərlə bağlı problemləri yerindəcə, şəhərin müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlanılaraq həll edilib. O cümlədən, 10 nəfər vətəndaşın işlə təminatı məsələsi yerli özəl şirkətlər vasitəsi ilə öz həllini tapıb.
Qəbul həmçinin, seçicilərin səsləndirkləri təkliflərlə də yaddaqalan olub. Belə ki, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qəbula gələn bir qrup seçicinin qanunların təkmilləşdirilməsi ilə bağlı təkliflərini qeydiyyata götürüb. Eyni zamanda, görüşə gələn seçicilərin şəhərin inkişafı ilə bağlı gündəmə gətirdikləri məsələlər millət vəkili tərəfindən şəhər rəhbərliyi qarşısında qaldırılıb və onların həllinə dair birgə fəaliyyət göstərmək qərara alınıb.
Dünən isə millət vəkili Mingəçevir Politexnik İnstitutunun, həmçinin, Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının müəllif və tələbə kollektivləri ilə görüş keçirib. Bu görüşlərdə sözügedən təhsil ocaqlarının iş fəaliyyəti, onların qaldırdıqları məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda isə millət vəkili 6 tələbənin illik təhsil haqqının yarısının ödənilməsi barədə bank qəbzlərini tələbələrə təqdim edib.
Təhsil haqqı ödənilən tələbələrin 3-ü Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının, 3-ü isə Politexnik İnstitutunun tələbələridir. Tələbələrin 5-i qızlardır.
Onu da qeyd edək ki, bu millət vəkili Aydın Mirzəzadənin tələbələrlə bağlı heç də ilk xeyirxah addımı deyil. Belə ki, deputat 2005-ci ildən etibarən hər il bu cür xeyirxah addım atır və indiyə qədər 30 yaxın tələbənin təhsil haqqını ödəyib.
NADİR
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB