"Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı Ermənistanla Azərbaycan arasında gedən müzakirələrin tezliklə müsbət nəticələnməsini istəyirik. SİA-nın verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin "Sabah" qəzetinə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İstanbulda keçirdiyi görüşdə Qarabağ məsələsini də müzakirə ediblər: "Gələn il Azərbaycan və Ermənistanda prezident seçkiləri keçiriləcək. Bunun üçün ikitərəfli münasibətlərdə irəliləyiş əldə etmək çətindir. Psixoloji mühit uyğun deyil. Biz Dağlıq Qarabağ məsələsində Ermənistan-Azərbaycan müzakirələrinin ədalət prinsipləri əsasında nəticələnməsini istəyirik. Bu, Türkiyənin də qarşısını açacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB