Müxalifətin vahid namizəd ideyası fiaskodur AÇIQLAMA

Müxalifətin vahid namizəd ideyası fiaskodur AÇIQLAMA

Əli Kərimlinin praymeriz təklifi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Məhərrəm Əliyevi Prezident Administrasiyasının Müdafiə Məsələləri üzrə köməkçisi Xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi haqqında sərəncamından sonra baş vermiş kadr dəyişikliləri ilə bağlıdır. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Sol Partiyasının (ADSP) Siyasi Bürosunun üzvü, partiyanın ideoloji katibi Elşən Manafov deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin apardığı kadr islahatları müxalif cəbhədən olan siaysətçilərin də diqqətini cəlb edib: "Əli Kərimlinin son vaxtlar verdiyi açıqlamalarında diqqət etdiyi məsələ müxalifətin seçkilərə vahid namizədlə qatılması üçün müxalifətdaxili seçkilərin keçirilməsi ilə bağlıdır. Ancaq müxalifətin seçkilərə vahid namizədlə qatılması ehtimalı sıfıra bərabərdir. Çünki İctimai Palatanın daxilində istər ideoloji, istərsə də maraqlar baxımından ziddiyyətlər var. İctimai Palatanın üzvü olan Müsavat başqanı İsa Qəmbər artıq bəyan edib ki, müxalifətin seçkilərə vahid namizədlə yox, əsas namizədlə getməsi daha məqsədəuyğundur. Bu konteksdə baş verən hadisələrə diqqət yetirsək müxalifətin gələn ilki seçkilər də məğlubiyyəti sual doğurmur".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə