Əli Əhmədovla Piter Siyyarto nələri müzakirə ediblər?

Əli Əhmədovla Piter Siyyarto nələri müzakirə ediblər?

Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Macarıstan Baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə iki ölkə arasında son illər intensiv xarakter alan qarşılıqlı münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Partiyalararası əlaqə, təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub. Macarıstanın yürütdüyü Şərq siyasətində Azərbaycanın getdikcə artan rolu və yeri xüsusi vurğulanıb.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı görüşdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə