Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə "Hilton" mehmanxanasında dekabrın 3-də Dünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfrans keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə "Azərbaycanda kənd yerlərində gənc qadınlar arasında İİV/QİÇS-in profilaktika proqramı: təhsil, məlumatlandırma və imkanların artırılmasına istiqamətlənən sosial və mədəni yanaşma", "İİV-lə yaşayanların həyat keyfiyyəti", "Narkotik maddələrdən istifadə edən qadınların artan tələbatlarına qeyri-dövlət iştirakçılarının cavabı" mövzularında təqdimatlar olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB