Qadının başının üstünü cəhənnəmə çevirməyin!

Qadının başının üstünü cəhənnəmə çevirməyin!

Hər bir cəmiyyətdə humanizm və ya qəddarlıq qadına münasibətlə ölçülür. Anaya, yoldaşa, sevdiyinə, qızlara qarşı zorakılıq lokal olaraq yerində qalmır, yayılır, cəmiyyəti əhatə edir və sonra amansızlıqla geri dönür. SİA-nın məlumatına görə, bu haqda Millət vəkili Zahid Oruc öz sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, qadını döyərək güclü ola bilməzsən: "Anasını ayağı altına salanı heç yerdə başa çıxarmaq olmaz. Yumruq zəiflərin silahıdır! Böyük Üzeyir bəy məşhur qəhrəmanının dili ilə "sözə baxmazsa, kötəklərəm" deyərkən, min illərdir Şərq cəmiyyətlərində hökm sürən təzadı əks etdirmişdi. Bir tərəfdən qadına ana və ilahi qüvvə gözü ilə yanaşanları göstərir, digər tərəfdən isə onu köləyə çevirənlərin gerizəkalılığına acımışdı. Dünyada hər şeyin bir sistemi, sərhəddi var. Qadın kişinin çərçivəsidir.Yalnız bu halda tablo tamamlanır. Qadını qabırğadan yaradıb zəif edənlər yox, onu ürəyə çevirənlər güclüdür. Qadının ayağı altına cənnət deyib başının üstünü cəhənnəmə çevirməyin!".

Bütün xəbərlər Facebook səhifəmizdə