Ermənistan vassal dövlətə çevrilib

Ermənistan vassal dövlətə çevrilib

ATƏT-in Minsk qrupundan nə isə bir həll yolu gözləmək mənasızdır. Bunu SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu əliboş gəlib, əliboş da getdi. Onlar anlayırlar ki, Ermənistanın seçki qabağı hansısa bir kompromisə girməyə resursu yoxdur. Hesab edirəm ki, münaqişənin həll olunması üçün Ermənistana təzyiqlər artırılmalıdır. Bu təzyiqləri etmək üçün ATƏT-in yetərincə imkanları var. Ermənistan xaricdən aldığı maliyyə yardımları ilə yaşayan ölkədir. Bu ölkəyədə hər cür təzyiqlər etmək mümkündür. Bu dəfəki görüşdə heç bir məsələ müzakirə olunmayıb. Daha doğrusu müzakirə olunacaq məsələ yox idi".

ATƏT-in Minsk qrupunun bu dəfəki səfərinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, prezidentlərin görüşünə Ermənistan tərəfi hazır deyil: "Ermənistan beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsindəki mövqeyindən narahatdır. Onlar bilir ki, masa arxasına oturduqda mütləq öhdəliklər götürməlidirlər. Ermənistan bir qayda olaraq qeyri-ciddi dövlət kimi tanınır. Atdıqları addımlar isə ciddiliyə əsaslanmır. Bu baxımdan ya danışıqlardan qaçır, ya da qeyri-konustriktiv mövqe nümayiş etdirir. Bunun ziyanı isə Azərbaycandan çox Ermənistana dəyir. Bütün bunlar Ermənistanın iqtisadiyyatını zəiflədir. Onlar bu gün digər dövlətlərin vassalına çevrilir. Bir sözlə Ermənistanın indiki rəhbərliyi erməni xalqının əldə etdiyi müstəqilliyini çox ucuz qiymətə başqa dövlətlərə satır".

Politoloq Elşad Mirbəşiroğlu isə hesab edir ki, ATƏT-in Minsk qrupundan nə isə gözləmək sadəlövhlükdür: "Səfər reallaşmazdan əvvəl həmsədrlər bildirmişdi ki, regiona yeni təkliflərlə gəlirlər. Artıq 20 il ərzində həmsədrlərin verdiyi bütün bəyanatlar çeynənilib. Onların hansı təkliflər verəcəyi maraq doğururdu. Çünki belə bir təklifin verilməsi real deyil. Bütün təkliflər nəzərdən keçirilib. Belə görünür ki, onlarda danışıqların emitasiyasını yaratmağa çalışırlar".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə