Milli Məclisin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov təşkilatın xətti ilə keçirilən görüşdə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdədir. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyətlərarası dialoqun inkişafı və möhkəmləndirilməsi, xalqlar arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Səfər dekabrın 2-də başa çatacaq.
Bununla yanaşı, millət vəkili Musa Qasımlı "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda keçiriləcək VII Beynəlxalq konfransda iştirak etmək üçün bu gün Budapeştə səfər edəcək.
Konfrans Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub. Millət vəkili tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Səfər dekabrın 1-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB