"Müxalifət xalqın dəstəyindən məhrumdur"

Mais Səfərli: "Onlar xarici qüvvələrə ümid bağlayır"
"Müxalifət xalqın dəstəyindən məhrumdur"

Bu gün müxalifət düşərgəsini təmsil edən qüvvələr özlərinin bir müddət gündəmdə qalmaları üçün istənilən vasitə və üsullara əl atırlar. Müxalifət partiyalarının əksəriyyətində belə bir fikir formalaşıb ki, guya hakimiyyətə gəlmək üçün hansısa bir qüvvə onlara kömək etməlidir. SİA-nın verdiyi məlumata görə, bunu Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib.

"Ölkədə prezident seçkilərinin keçirilməsini və bu seçkilərdə qalibi Azərbaycan xalqının iradəsinin ifadəsi müəyyən edir. Azərbaycan xalqı kimə səs verirsə, həmin şəxs də prezident seçilir. Demək olar ki, müxalifəti təmsil edən liderlər xaricdə olan qüvvələrə sığınaraq ümid edirlər ki, onlarda nə vaxtsa hakimiyyətdə təmsil olunacaqlar. Amma onların bu xəyalları heç də reallığı özündə əks etdirmir. Çünki müxalifət düşərgəsini təmsil edən qüvvələrin ictimai dəstəyi yoxdur. Bu gün Azərbaycan dövləti qanunlarla idarə olunan bir ölkədir. Yəni, ölkəmizdə hər bir məsələ qanunlar çərçivəsində öz həllini tapır", - deyə partiya sədri vurğulayıb.

M.Səfərlinin bildirib ki, müxalifət düşərgəsində elə qüvvələr var ki, onlar maddi və mənəvi dəstəyə nail olmağın yolunu xarici qüvvələrlə iş birliyində görürlər: "Onlar açıq şəkildə bildirirlər ki, hakimiyyətə gəlmək üçün, hətta şeytanın özü ilə belə əməkdaşlıq edərik. Bu da onların xalqdan ayrı düşüb, xalqın maraqlarından uzaq olduqlarını göstərirlər. Amma onlar dərk etmirlər ki, Azərbaycanda hakimiyyətə gəlməyin yolu xalqın iradəsi ilə keçirilən demokratik seçkilərin keçirilməsindən keçir. Azərbaycan xalqı da ölkədə keçirilən bütün seçkilərdə öz iradəsini ortaya qoyub".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə